Titanik

Titanik
Titanic
Mənşə ölkə
Sahibi Uayt Star Layn
İstismara verilmə tarixi 31 mart 1912
İstehsalçı Harland and Wolff[d]
İstehsal yeri Belfast
Şərəfinə adlandırılıb Titanlar
Sinifi Olimpik[d]
Sərnişin tutumu 2.228, 892
Sürəti 12 m/san.
Uzunluğu
  • 269,1 m
Hündürlüyü 32 m, 53,3 m
Kütləsi 52.310 t[1]
Su sıxışdırması 10,54 m
Dəyəri 7.500.000 $
Gücü 33.832.943 Vt
Güc mənbəsi Parsons turbini[d]
Tərsanə nömrəsi 401
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur.

Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən müasir texnologiyadan istifadə edilmişdir.

Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbdən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyəti, müasir teknika və güclü buxar mühərrikləri ilə təmin olunmuş gəminin batmasını heç kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanının 4000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediasını yenidən hadisə ətrafında cəmlədi.

  1. http://atlanticliners.com/white_star_home/titanic_home/titanic-faqs-what-was-titanics-displacement/.

Developed by StudentB